AZ

“Gürcüstan Azərbaycan neft məhsullarının Ermənistana tranzitinə görə rüsum almayacaq”

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Azərbaycandan neft məhsullarının ölkəsinə ixracı məsələsinə münasibət bildirib.

AzPost bildirir ki, Papoyan “Azadlıq Radiosu”nun erməni xidmətinə bildirib ki, vaxtı gələndə bu barədə hər şey bilinəcək.

Nazir Gürcüstanın Azərbaycan neft məhsullarının Ermənistana ixracına görə tranzit üçün rüsum alınmayacağına dair bəyanatını da şrh edib. “Mən təsdiq edirəm ki, bunu Gürcüstanın iqtisadiyyat naziri şəxsən mənə çatdırıb”, – erməni nazir deyib.

O əlavə edib ki, bu, Gürcüstanın sülh prosesində jestidir: “İlk tranzit üçün Gürcüstan tərəfi pul tələb etməyəcək. Və sonra təbii ki, təşkilatların ödəməli olduğu tranzit haqları var”.

“Şərh verə bilmərəm. Bu cür proseslərdə nəticələr əldə olunduqdan sonra danışmağı sevirəm”, -deyə  Papoyan yaxın gələcəkdə Azərbaycan neft məhsullarının ilk partiyasının gətirilməsi məsələsini şərh edərkən deyib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan üçün Ermənistanla müharibənin bitdiyini deyib. O, neft və neft məhsullarının ixracı məsələsinin Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın keçən həftə Qəbələyə səfəri zamanı müzakirə edildiyini bildirib.

AzPost.az

Seçilən
5
5
azpost.info

6Mənbələr