
Yaponiyanın şimalında 7,2 bal gücündə güclü zəlzələ baş verib.
Xalqcebhesi.az xəbər verir ki, Milli Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələnin episentri Aomori prefekturasının şərqində yerləşib.
Yaponiyanın şərq və şimal-şərq sahillərində sunami təhlükəsi barədə xəbərdarlıq edilib. Zəlzələdən bir neçə dəqiqə sonra ölkənin şimalında daha bir güclü təkan baş verib ki, bu da Tokioda hiss olunub.
Məryəm Quliyeva