AZ

Paşinyandan ölkəni qarışdıran qərar: Rusiyanın əsas silah ı zərərsizləşdirilir

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanda siyasi gərginlik daha da dərinləşib. Son həftələrdə baş nazir Nikol Paşinyan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında qarşıdurma fərqli bir sferaya keçib. Belə ki, baş nazirin kilsə rəhbərliyini açıq şəkildə ittiham etməsi, onun anti-dövlət qüvvələrinə çevrilməsi ilə bağlı açıqlamalar və bir neçə yüksək rütbəli din xadiminin həbs olunması cəmiyyətdə böyük rezonans doğurub.

Kilsə tərəfdarlarının hökuməti dini institutlara müdaxilə etməkdə günahlandırması fonunda qarşıdurma artıq sadəcə siyasi çəkişmə deyil, Ermənistanın dövlət idarəçiliyi, ictimai sabitliyi və milli kimlik məsələlərinə təsir edən genişmiqyaslı böhrana çevrilməkdədir.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Paşinyan hökuməti ilə kilsə arasında baş verən qarşıdurma sadəcə fikir ayrılığı deyil, dövlətin dərin böhranıdır:

“Məsələ ondadır ki, Ermənistan cəmiyyəti üçün kilsə təkcə dini institut deyil, eyni zamanda milli kimliyin, tarixi yaddaşın dayağı sayılır. Paşinyanın kilsə rəhbərliyini “anti-dövlət qüvvələri” adlandırması isə bu dayağa birbaşa zərbə kimi dəyərləndirilir.

Qabil Hüseynli

Hökumətin son aylarda kilsə xadimlərinə qarşı apardığı əməliyyatlar, müşahidə olunan həbslər, səsləndirilən ittihamlar və davamlı təzyiq cəmiyyətdə ikitirəlik yaradıb. Məsələn, Paşinyanın tərəfdarları iddia edir ki, kilsə illərlə siyasi proseslərə təsir göstərib və artıq dövlət idarəçiliyinə mane olur. Kilsə tərəfdarları isə hesab edir ki, hakimiyyət özünü möhkəmləndirmək üçün ənənəvi institutları sıradan çıxarmağa çalışır.

Əslində, vəziyyət düşünüldüyündən də qəlizdir. Çünki tərəflərin heç biri geri çəkilməyə meyilli görünmür. O ki qaldı qarşıdurmanın arxasında kimin dayanmasına, bu sualın cavabı əslində bəllidir. Hakimiyyət Qərbə inteqrasiyanı sürətləndirmək, kilsə isə ənənəvi milli dəyərləri qorumaq iddiasındadır. Kilsənin Rusiyadan təlimat alması proseslərin pərdəarxasında Kreml faktorunun olduğunu sübut edir. Paşinyan sərt addımlar atarsa, bu ona qarşı olanları daha da qəzəbləndirə bilər”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
1
globalinfo.az

2Mənbələr