Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək vəMəşğulluq” altsistemində (ƏMAS) aparılan təkmilləşdirmələrçərçivəsində bu e-sistemdə kvota üzrə iş yerlərinin idarə olunmasıüçün də yeni funksionallıq işə salınıb.
Trend xəbər verir ki, bubarədə Nazirlik məlumat yayıb.
Belə ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər (əlilliyiolan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşadək gənclər, 1 və yadaha çox uşağını təkbaşına böyüdən, 5 və daha çox uşağı olan,habelə əlilliyi olan uşaqları tərbiyə edən valideynlər və b.)barədə məlumatlar ƏMAS-a inteqrasiya edilib.
Bununla da işəgötürənlər artıq real vaxt rejimində:
- öz şəxsi kabinetlərindən kvota ilə bağlı bütün məlumatlarıizləmək, kvota üzrə iş yerləri üzrə prosesi daha operativ idarəetmək,
- müəssisələri üçün ayrılmış kvota iş yerlərinin sayını, icravəziyyətini ƏMAS vasitəsilə görmək,
- cari kvota üzrə iş yerlərinə münasibətdə öhdəlikləri barədə tamməlumat əldə edə bilmək
imkanı qazanıblar. Eyni zamanda, e-sistem kvota iş yerləri üzrəmüraciət edən şəxslər barədə operativ məlumatların alınmasını təminedir və vətəndaşların sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərkateqoriyasına uyğunluğunu avtomatik təsdiqləməyə imkan verir.
Kvota üzrə iş yerlərinin icrası ilə bağlı planlaşdırma,hesabatlılıq və idarəetmə prosesləri də daha səmərəli şəkildəhəyata keçiriləcək.
Bu yeni funksionallıq kvota öhdəlikləri ilə bağlı müəssisədaxiliməlumatlılığın artmasına və sosial müdafiəyə xüsusi ehtiyacı olanşəxslərin məşğulluq imkanlarının genişlənməsinə mühüm töhfəverəcək.