AZ

Baş nazirin müavini Şahin Mustafayev İranın xarici işlər naziri ilə görüşüb

Bakı. Trend:

Dekabrın 8-də Azərbaycan Respublikası Baş nazirinin müaviniŞahin Mustafayev İran İslam Respublikasının xarici işlər naziriSeyid Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyəti iləgörüşüb.

Nazirlər Kabinetindən Trend-əverilən məlumata görə, görüşdə Azərbaycan-İran dövlətlərarasımünasibətlərinin müxtəlif istiqamətlərdə inkişafı təqdir edilib,xüsusilə ikitərəfli siyasi dialoqun dinamikasından məmnunluq ifadəolunub.

Bu kontekstdə cari ilin aprelində İran Prezidentinin Azərbaycanarəsmi səfərinin iki ölkə arasında tarixən dostluq və mehribanqonşuluq kimi möhkəm təməllər üzərində qurulan ikitərəflimünasibətlərin inkişafında yeni səhifə açdığı vurğulanıb.

Görüş zamanı Azərbaycan-İran qarşılıqlı faydalı əməkdaşlığınıngündəliyində duran aktual məsələlər, həmçinin ticarət-iqtisadi,nəqliyyat, enerji, su təsərrüfatı, humanitar və digər sahələrdəəlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycan və İran ərazisindən keçən beynəlxalqnəqliyyat-tranzit dəhlizlərinin inkişafı, o cümlədən regionuntranzit potensialının genişləndirilməsi istiqamətində həyatakeçirilən birgə layihələrin icrası ilə bağlı məsələlərə xüsusidiqqət yetirilib.

Məqalədə:
Seçilən
138
22
az.trend.az

10Mənbələr