AZ

Şəhərin mərkəzində üstü açıq lyuk sürücülərə ciddi təhlükə yaradır VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində (“Xudafərin” şadlıq sarayının qarşısı) təhlükəli vəziyyət yaranıb.

Avtosfer.az-ın məlumatına görə, sürücülərdən biri hadisəni videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Kadrdan aydın görünür ki, yolun hərəkət hissəsindəki kanalizasiya lyukunun qapağı yoxdur. Bu səbəbdən ərazidən keçən sürücülər çətinliklə hərəkət edir, xəbərsiz olanlar isə avtomobili lyuka salaraq maddi ziyana uğrayır.

Zərərçəkmiş bildirib ki, həmin hissədən keçərkən avtomobilinin də karteri ciddi zədələnib. Onun sözlərinə əsasən, xüsusilə gecə saatlarında lyuku görmək demək olar ki, mümkünsüzdür və bu da qəza riskini artırır.

Vətəndaşlar məsul qurumlardan problemin qısa zamanda aradan qaldırılmasını tələb edirlər.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
92
avtosfer.az

1Mənbələr