“Tesla”nın robotlarını insanlar idarə edirmiş.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Tədbir zamanı VR-eynəyini çıxaran operator robotun yıxılmasına səbəb olub, şirkət ifşa olunub.
Məlumata əsasən, “Tesla” şirkəti təsadüfən “Optimus” robotlarının tam avtonom olmadığını, əksinə, məsafədən idarə edildiyini üzə çıxarıb.
Şirkətin tədbiri zamanı operatorlardan biri başındakı VR-dəbilqəsini (virtual reallıq eynəyini) çıxarıb. Həmin an robot da bu jesti təkrarlayıb və dərhal yerə yıxılıb.
Sosial şəbəkə istifadəçiləri ehtimal edirlər ki, həmin vaxt operatorun halı pisləşib.
Qeyd edək ki, sözügedən robotların qiyməti 30 min dollar təşkil edir.
Xuraman Etibarlı
İnterpress.az