AZ

“Otokar” müştərilərdən xeyli sayda nəqliyyat vasitəsi sifarişi alır

Son dövrlərdə çox intensiv şəkildə müştəri yönümlü işləyirik. Mövcud müqavilələrimiz çərçivəsində xeyli sayda sifariş alırıq və bunları vaxtında çatdırmaq üçün əlimizdən gələni edirik.

Bu barədə “Poliqon” jurnalına müsahibəsində “Otokar” şirkətinin baş direktor müavini Sedef Vehbi bildirib.

Onun sözlərinə görə, şirkət müştərilər qarşısındakı müqavilə öhdəliklərini qüsursuz şəkildə yerinə yetirməyə çalışır.

“IDEF-2025 sərgisində 10 texnikamızla iştirak edirik. Xüsusilə atəş gücümüzü əhəmiyyətli dərəcədə yüksəltmişik. Həm 8×8 ARMA, həm də TULPAR texnikalarımız üzərində yüksək kalibrli silah sistemləri nümayiş etdiririk. Bunları gələcək potensial layihələrə uyğun hazırlamışıq. TULPAR üzərində 120 mm, ARMA 8×8 üzərində isə 105 mm atəş gücü mövcuddur”, – deyə S.Vehbi qeyd edib.

Elektrikli nəqliyyat vasitələrinə toxunan baş direktor müavini vurğulayıb ki, bu platformalar orduların geniş və fəal istifadəsi üçün hələ tam yetkin sistem sayılmır: “Amma biz sənayedə öncül olduğumuz üçün bu sahədə işlərə artıq başlamışıq. Bu IDEF-də sərgiləmədik, lakin daha əvvəl sərgilədiyimiz aşağı siluetli, yüksək kalibrli silah daşıyıcısı AKREP maşınımızın elektrik versiyası üzərində işləmələrimiz davam edir.

Praktik baxımdan “ordular elektrikli vasitələrə hazırdırmı?” sualının cavabı: hazır olduqlarını deyə bilmərəm, hələ ki qəti olaraq “bəli” deyil. Bu bir qədər gələcəyə yönəlmiş, vizyoner düşüncədir. Lakin biz öncülüyümüzü qoruyaraq bu sahədəki təkmilləşdirmələrimizi davam etdiririk”.

Seçilən
12
poliqon.az

1Mənbələr