AZ

Azərbaycan çaylarda plastiklə çirklənmənin ən az olduğu ölkələr sırasındadır – AİB

Bakı. Trend:

“Asian Water Development Outlook 2025” (Asiya Su Ehtiyatlarınınİnkişafı Proqnozu 2025 /AWDO 2025) hesabatına əsasən, çaylaraplastik tullantıların ən az atıldığı ölkələr sırasında Azərbaycan,Qazaxıstan, Sinqapur, Palau, Yeni Zelandiya, Mikroneziya FederativDövlətləri və Avstraliya yer alıb.

Trend xəbər verirki, bu barədə “Asian Water Development Outlook 2025” hesabatyayıb.

“AWDO 2025-in yeni göstəricisi çaylara atılan plastik kütləsiniillik tonlarla ölçür və 32 iştirakçı ölkəyə dair məlumatları əhatəedir. Plastik tullantıların az olduğu iqtisadiyyatlar, o cümlədənAzərbaycan, ekoloji su təhlükəsizliyi (KD4) üzrə orta və yüksəkgöstəricilər nümayiş etdirir ki, bu da ətraf mühitin səmərəli idarəolunmasının və su hövzələrinin əlverişli şəraitinin plastiktullantıların çaylara və sahil sularına düşməsinin qarşısınıalmaqda əhəmiyyətini göstərir”, – məlumatda qeyd olunur.

Eyni zamanda vurğulanır ki, plastik tullantıların ən çox olduğuölkələr – Çin, İndoneziya, Malayziya, Myanma, Filippin , Taypey vəVyetnam – bu göstərici üzrə ən aşağı qiymət alıb ki, bu da artıqekoloji təzyiq altında olan su sistemlərinə əlavə yük yaratmasıbaxımından narahatlıq doğurur.

Məqalədə:
Seçilən
58
2
az.trend.az

3Mənbələr