AZ

Kreditini gecikdirənlərə xəbərdarlıq – Problemli müştəri olacaqsınız, bundan sonra isə…

Kreditin gecikmələrinə görə bir çox banklar müştərilərə yeni kreditin verməsində imtina edirlər.

Kredit təşkilatları gecikmə və müştərinin əvvəlki borc öhdəlikləri haqqında olan ümumi məlumatları Azərbaycan Kredit Bürosundan əldə edirlər. Gecikən istehlak kreditləri üzrə cərimələrin hesablanması metodikası çox maraqlı və müxtəlifdir.

Gecikən kreditlər banklara əlavə xərclər formalaşdırır.

Bu xərclərə Mərkəzi Bank tələblərinə əsasən məcburi yaradılan ehtiyatları, həmçinin Bankların kreditlərin qaytarılması üçün əlavə resurslara görə çəkdiyi xərcləri misal göstərə bilərik. Müştərilər Bankdan kredit əldə etdiyi zaman, kredit müqavilələri ilə birlikdə ödəniş qrafikini də imzalayır və ayrılmış kredit məbləğini qrafikə uyğun banka geri ödəyəcəyini öhdəsinə götürür. Təbii ki, öhdəlikdən boyun qaçırmaq və ya öhdəliyi lazımi qaydada icra etməməyin hansısa bir cəzası olmalıdır.

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli NOCOMMENT.az-a danışıb.

İqtisadçının sözlərinə görə, gecikmə 3 aya çatdıqdan sonra kreditlə bağlı məsələlər ortaya çıxır:

“Bankların öz daxili qaydaları var. Adətən 1 ay gecikmədən sonra sistemdə avtomatik olaraq gecikmə kimi görünür. 3 ay gecikmə keçdikdə isə müştəri “problemli müştəri” kateqoriyasına düşə bilər.

Həmin dövrdə də cərimə faizləri hesablanır: 1 gün gecikmədən sonra əsas faizdən əlavə cərimə faizi tətbiq olunur. Amma bu, bankdan banka dəyişən texniki məsələdir.

Bəzi banklar gecikməni 1 ay sonra problemli kimi qeyd edə bilər, bəzilərində isə fərqli müddət tətbiq olunur. Burada söhbət “qara siyahı”dan yox, gecikmənin sistemə qeydiyyatından gedir”.

“Hər ay müştərilərlə bağlı məlumatlar sistemdə yenilənir: 1 ay gecikmədən sonra artıq problemli müştəri hesab olunur, 3 ay olduqda isə problemin daha ciddi olduğu düşünülür. Söhbət məhz bu texniki qeydiyyat prosesindən gedir”, – iqtisadçı vurğulayıb.

Seçilən
46
nocomment.az

1Mənbələr