AZ

Gürcüstana girişlə bağlı yeni qaydalar qüvvəyə minir – Ətraflı

Gürcüstan Turizm Milli Administrasiyasının məlumatına görə, 1 yanvardan ölkəyə daxil olan xarici vətəndaşlar etibarlı tibbi sığorta ilə təmin olunmalıdır.

KONKRET.az xəbər veri ki, sığortanın minimum məbləği 30 min lari (təxminən 12 min ABŞ dolları) olmalıdır.

Sığortanın olmaması sərhəddə girişdən imtina edilməsinə və ya əlavə tələblərin qoyulmasına səbəb ola bilər.

Sığorta polisinə təcili ambulator xidmətlər üçün ən azı 5 min ABŞ dolları, stasionar müalicə üçün isə ən azı 30 min ABŞ dolları əhatə olunmalıdır. Bu, qəza, xəsarət, ani xəstəlik və tibbi təxliyə halları üçün nəzərdə tutulur.

Sənəd ölkəyə daxil olan zaman sərhədi keçən andan etibarən bütün qalma müddəti üçün olmalıdır. Gürcüstanın sərhəd xidməti bu sənədi həm hava limanlarında, həm də quruda yerləşən sərhəd keçid məntəqələrində tələb etmək hüququna malikdir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
27
1
konkret.az

2Mənbələr