AZ

“Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusunda təlim keçirilib (FOTO)

Bakı. Trend:

Bakıda “Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeniparadiqmalar” mövzusunda təlim keçirilib.

Trend xəbərverir ki, TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin(Agentlik) təşkilatçılığı ilə müxtəlif media qurumlarınınnümayəndələri və TƏBİB-in nəzdindəki tibb müəssisələrində fəaliyyətgöstərən ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün “Sağlamdialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar”mövzusunda təlim keçirilib. Təlim TƏBİB-in “2024-2026-cı illər üzrəKommunikasiya Strategiyası” çərçivəsində təşkil olunub.

Açılış nitqi ilə çıxış edən TƏBİB-in İctimaiyyətlə əlaqələr vəkommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova qeyd edib ki,təşkil edilən təlimin əsas məqsədi media nümayəndələrinin tibbisavadlılığının artırılması, TƏBİB-in fəaliyyət istiqamətləri üzrəmediada tez-tez təkrarlanan yanlışlıqlara aydınlıq gətirilməsi,piar və effektiv kommunikasiya kimi mövzularda ictimaiyyətləəlaqələr üzrə mütəxəssislərin bilik və bacarıqlarınınartırılmasından ibarətdir:

“Təlim müddətində həm də icbari tibbi sığorta sistemindəambulator dərman vasitələri ilə təminat, dövlət proqramlarının,strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyalarınicrası prosesində TƏBİB-in rolu məlumatlılığın artırılması, eləcədə emosional sağlamlıq və emosional zəka mövzularında interaktivməşğələlərin keçirilməsi nəzərdə tutulub”.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentininrəhbəri Aynurə Əhmədova bildirib ki, bu il icbari tibbi sığortayamüraciətlərdə artım dinamikası davam edib:

“Cari ilin ilk 11 ayı ərzində icbari tibbi sığorta çərçivəsindəvətəndaşlara 86 milyondan çox tibbi xidmət göstərilib. Əhalitərəfindən dövlət tibb müəssisələrinə müraciətlər 4%, xidmətlərinicrası isə 12% artıb. Eyni zamanda dövlət tibb müəssisələrində 347mindən çox əməliyyat icra olunub.

Ən çox uroloji, təbii doğuş və qeysəriyyə əməliyyatları üstünlüktəşkil edib. Özəl tibb müəssisələrinə 10 ay ərzində verilən 260mindən çox göndəriş isə vətəndaşların seçim imkanlarını və tibbixidmətlərə əlçatanlığı daha da genişləndirib”.

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri ElnurHidayətoğlu deyib ki, 2025-ci ilin 11 ayı ərzində müxtəlif mediasubyektlərindən şöbəyə 5 060 sorğu daxil olub:

“Onlardan 4 953-ü cavablandırılıb. 107 sorğu isə TƏBİB-insəlahiyyətlərinə aid olmayıb və onlar müvafiq olaraqyönləndirilib”.

E.Hidayətoğlu eyni zamanda media nümayəndələrindən daxil olansorğuların mövzuları, medianın diqqət etməsi zəruri olan mövzular,sorğuların cavablandırılma qaydaları ilə bağlı iştirakçılarıməlumatlandırıb.
Agentliyin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyevbildirib ki, dərman vasitələrinin təminat prosesi sistemli vəşəffaf qaydada həyata keçiriləcək:

“Dərman vasitələrinin pozitiv siyahıya daxiledilməsi müəyyənolunmuş meyarlara əsasən qiymətləndiriləcək və siyahı rübdə birdəfə yenilənəcək. Ambulator dərman təminatı prosesində özəl aptektəşkilatları ilə əməkdaşlıq ediləcək. Aptek lisenziyası olan vəmüvafiq əczaçılıq üzrə sertifikasiyadan keçmiş əczaçılardan ibarətişçi heyətə sahib olan aptek təşkilatları Agentliklə əməkdaşlıqüçün könüllü müraciət edə biləcəklər. Pozitiv siyahıda yer alandərman vasitələrinin şərti kompensasiya məbləğinin 100%-i Agentliktərəfindən qarşılanacaq ki, bu da keyfiyyətli və təhlükəsiz dərmanvasitələrinin əlçatanlığını artıracaq”.

TƏBİB-in İxtisaslı tibbi xidmətlər şöbəsinin müdiri Turanİbrahimova çıxışında bildirib ki; təcili və təxirəsalınmaz tibbiyardım xidməti təcili hallar üçün 15 dəqiqə, təxirəsalınmazvəziyyətlər üçün isə 15 dəqiqə-1 saat müddətində icraedilməlidir:

“2024-2025-ci illərdə tibb müəssisələrinin Təcili tibbi yardımşöbələrinə müraciət edən pasiyentlərin 73.9%-nə 4 saata qədərxidmət göstərilib.

Tibbi xidmət üçün gözləmə müddəti ixtisaslı ambulator yardımüçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq,instrumental diaqnostik və laborator müayinələr üçün göndərişverildiyi tarixdən 14 gündən gec olmayaraq, koxlear implantsisteminin və oynaqdaxili endoprotezlərin yerləşdirilməsi,transplantasiya xidmətləri istisna olmaqla planlı stasionar yardımüçün göndəriş verildiyi tarixdən 20 gündən gec olmayaraq, təcilitibbi yardım isə tibbi göstərişə əsasən dərhalgöstərilməlidir”.

Respublika Pediatriya Mərkəzinin psixoloqu Dəniz Umarova “Özünəqayğı: emosional sağlamlıq üçün praktik yanaşmalar” mövzusundatəqdimatla çıxış edib:

D.Umarova stres və onun həyat fəaliyyətinə təsiri, stresinartmasına təsir göstərən faktorlar, neqativ düşüncə, davranış vəemosiyaların idarə olunması, stresin azalmasına təsir göstərəngünlük fəaliyyət növləri, stres vəziyyətində olan şəxsə ilkinpsixoloji yardım, nəfəs və proqressiv rahatlama texnikalarındandüzgün istifadə qaydaları barədə iştirakçıları məlumatlandırıb.

TƏBİB-in Dövlət proqramları şöbəsinin müdiri Səkinə Qurbanovaçıxışında dövlət proqramlarının, strategiyaların, milli fəaliyyətplanlarının və konsepsiyaların icrası prosesində TƏBİB-in rolundanbəhs edib:
“Dövlət proqramları uzunmüddətli müalicəyə ehtiyacı olanvətəndaşların ödənişsiz dərman və tibbi xidmətlə təmin olunmasıüçün qurulan sistemdir.

Səhiyyə sahəsində olan dövlət və tədbirlər proqramlarının əsasməqsədləri bərabər çıxış, davamlı təminat və əlilliyin və ölümhallarının azaldılmasıdır. Sözügedən proqramlar şəkərli diabet,dağınıq skleroz, xroniki böyrək çatışmazlığı xəstələri vətransplantasiya sonrası pasiyentlərə, onkoloji xəstələrə,yenidoğulmuşlara, uşaqlar və s. aid olur”.

Daha sonra yalan və insan davranışları üzrə mütəxəssis TəbrizHacınskinin “İnsan tanıma sənəti və emosional zəka” mövzusundainteraktiv təlimi baş tutub.

T.Hacınski profaylinq sistemi, şizoid, isteroid, paranoyallar,epileptoidlər, emotivlər, hipertim və depressiv hallar üzrəiştirakçıları məlumatlandırıb. O qeyd edib ki, insanları tanımaqdünyanı dəyişdirməyin ən səssiz yoludur.

Tədbirin rəsmi hissəsində TƏBİB-in İcraçı direktorunun müaviniAnar İsrafilov çıxış edib. O bildirib ki, media nümayəndələridövlət qurumları ilə ictimaiyyət arasında körpü rolunu oynayır.

A.İsrafilov TƏBİB tərəfindən səhiyyə sahəsində aparılan işlərindüzgün şəkildə vətəndaşlara çatdırılmasında iştirak edən medianümayəndələrinə və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərətəşəkkür edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Təlim çərçivəsində media nümayəndələrinin ixtisaslı həkimlərtərəfindən müayinələri həyata keçirilib.
Sonda təlimdə iştirak edən media nümayəndələrinə TƏBİB ilə səmərəliəməkdaşlığa, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərə isə təlimdəiştiraka görə sertifikatlar təqdim edilib.

“Sağlam
“Sağlam
“Sağlam
“Sağlam
“Sağlam
“Sağlam
Seçilən
13
6
az.trend.az

7Mənbələr