AZ

Fransadan Ukraynaya AĞIR ZƏRBƏ: Makron Putini seçdi

Fransanın Kiyevə kredit verməsi üçün Rusiya aktivləri zəmanət kimi istifadə olunmayacaq.

KONKRET.az xəbər verir ki, Financial Times qəzetinin məlumatına görə, Fransa Ukraynaya kompensasiya kreditinin verilməsi ideyasını dəstəkləsə də, bu kreditin Rusiyanın kommersiya banklarında dondurulmuş aktivləri hesabına verilməsi variantına qarşı çıxır.

Bu barədə danışıqlar prosesini yaxşı bilən rəsmi şəxslər bildirir.

Fransada ümumilikdə 18 milyard avro həcmində Rusiya dövlət aktivləri saxlanılır ki, bu, Belçika (185 milyard avro) xaricində Avropada ən böyük göstəricidir. Belçikada isə Euroclear depozitari var.

Mənbələr izah edir ki, kommersiya banklarında saxlanılan aktivlərin istifadəsinə qarşı çıxmağın səbəbi onların fərqli, depozitariyanınkından başqa müqavilə öhdəlikləri daşımasıdır. Ehtimal olunur ki, kommersiya bankları bu vəsaitə görə faiz ödəməlidirlər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
19
1
konkret.az

2Mənbələr