AZ

Ahmet Çakar sərbəst buraxılıb

İstanbul Baş Prokurorluğunun futbolda mərc oyunları ilə bağlı istintaq çərçivəsində başladığı növbəti əməliyyatda saxlanılan keçmiş futbol hakimi və şərhçi Ahmet Çakar sərbəst buraxılıb.

Apasport.az xəbər verir ki, bu barədə tükiyəli jurnalist Ertem Şener şəxsi "X" hesabında məlumat paylaşıb. 

Məlumata görə, Çakar barəsində aparılan hüquqi prosedurların tamamlanmasından sonra onun azadlığa buraxılması qərara alınıb.

Hazırda futbolda mərc oyunları ilə bağlı istintaq araşdırmaları davam edir. Ahmet Çakar barəsində cinayət işi açılıb-açılmaması ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə məlumat verilməyib.

“Beşiktaş” sol cinah üçün axtarışdadır: Əsas namizəd müəyyənləşib

"Siti"nin müdafiəçisi yenidən zədələnib

Luis Suarez vətəninə qayıda bilər

Neymar: "İlk dəfədir ki, psixoloji yardım axtarmaq məcburiyyətində qalıram"

Mbappe “Real”da son 15 ilin rekordunu yeniləyib

Seçilən
60
apasport.az

1Mənbələr