Ayna saytından alınan məlumata görə, ain.az bildirir.
Bir dənizçi ölüb, daha ikisi zəhərlənərək xəstəxanaya yerləşdirilib
Noyabrın sonunda Mərmərə dənizində "Swanlake" tankerində zəhərlənən rus dənizçiləri xəstəxanada qalırlar. Bu barədə AYNA.AZ “RİA Novosti”yə istinadən bildirir.
Gəmidə ölən dənizçinin həyat yoldaşının sözlərinə görə, zəhərlənən iki nəfər sağalıb və hazırda Türkiyədə xəstəxanadadır. O qeyd edib ki, hadisə ilə bağlı araşdırmalar davam edir.
Xatırladaq ki, noyabrın sonunda Panama bayrağı altında üzən “Swanlake” tankerində bir dənizçi ölüb, daha ikisi zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Hadisədən sonra kapitanın yoldaşı istintaq çərçivəsində saxlanılıb. Məlumata görə, çənlərə baxış zamanı yüksək səviyyədə ammonyak, hidrogen sulfid və uçucu üzvi birləşmələr aşkar edilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.