AZ

Azərbaycan yanacağının Ermənistana tranziti müzakirə edildi

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Ermənistan və gürcü tərəfləri Azərbaycan yanacağının Gürcüstan ərazisindən Ermənistana tranzitini müzakirə ediblər.   

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Respublikasının İqtisadiyyat Nazirliyi məlumat yayıb. 

"Gürcüstan tərəfi ilə belə bir müzakirə aparıldı və biz dərc olunmuş məlumatı aldıq", - nazirlikdən bildirilib. 

Bundan əvvəl Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi bəyan etmişdi ki, dekabrın 5-də Gürcüstan hökuməti tərəfdaş ölkələrdən Gürcüstan ərazisindən Azərbaycandan Ermənistana yanacağın birdəfəlik tranziti ilə bağlı sorğu alıb. Gürcüstanın baş naziri İrakli Kobaxidze Gürcüstan Dəmir Yollarına bu tranzitin pulsuz həyata keçirilməsini tapşırıb.   

Ağarza Elçinoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
unikal.az

1Mənbələr