Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədrinə yeni müavin təyin olunub.
Ölkə.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə 1988-ci il təvəllüdlü Tünzalə Qocayeva təyinat alıb.
Qeyd edək ki, T.Qocayeva 2023-cü ildən bu təyinatadək Analitik Ekspertiza Mərkəzinin müdiri vəzifəsində fəaliyyət göstərib. Əvvəllər - 2018-2023-cü illərdə isə institutda müxtəlif vəzifələrdə çalışıb.
Məlumata görə, T.Qocayeva yeni təyin olunduğu sədr müavini postunda bir müddət əvvəl vəzifəsindən azad edilən Tamilla Əliyevanı əvəzləyib.
Xatırladaq ki, T.Əliyeva bir müddət əvvəl AQTA sədrinin müvafiq əmri ilə AQTİ-nin İdarə Heyətinin sədr müavini vəzifəsindən azad edilərək Agentliyin Aparatında heyvan sağlamlığı və bioloji təhlükəsizlik məsələləri üzrə məsul vəzifəyə təyin olunub.