Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Qahirə, 8 dekabr, AZƏRTAC
Misirin Qalyubiyyə qubernatorluğunun əl-Ubur şəhərinin bir məktəbində Azərbaycan dilinin tədrisinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan səfirliyinin dəstəyi ilə təşkil olunan kursda hazırda 5-ci sinifdən 24 şagird təhsil alır. Azərbaycan dilinə olan marağı nəzərə alaraq daha çox şagirdin qəbulu planlaşdırılır.
Azərbaycan dili müəllimi, azərbaycanşünaslıq üzrə misirli tədqiqatçı Əsma Əhməd AZƏRTAC-a müsahibəsində bildirib ki, şagirdlər Azərbaycan dilini və ədəbiyyatını öyrənməyə maraq göstərirlər. “Əlimizdə olan bütün imkanlardan istifadə edərək müasir üsullarla bu dili tədris etməyə çalışırıq. Azərbaycan dili ölkəmizdə universitetlərdə tədris olunsa da, bu, Misirdə məktəbdə təşkil olunan ilk Azərbaycan dili kursudur”, - deyə Əsma Əhməd əlavə edib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
1 / 2
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.