AZ

Deputat: Süni intellektin imkanları iqlim siyasətində strateji alət kimi önə çıxır

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 8 dekabr, AZƏRTAC

İqlim dəyişmələrinə bir çox sahələr təsir edir. Burada enerji istehsalı, qalıq yanacaqların payı 27−36 faiz təşkil edir. Həmçinin, nəqliyyat - yəni, avtomobil, gəmi, təyyarə və s. iqlim dəyişmələrində təxminən 15 faizədək paya malikdir. Sənaye və sənaye enerjisi, istehsal və emal sahələri ölkələrdən asılı olaraq 11−25 faiz arasında dəyişir. Kənd təsərrüfatı 18−25 faiz, binalarımızın soyudulması və isidilməsi prosesində yaranan atmosfer tullantıları isə 6 faiz təşkil edir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentdə "İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri" mövzusunda keçirilən elmi-praktik konfransda bildirib.

O vurğulayıb ki, belə bir dövrdə süni intellektin imkanları yalnız texnoloji yenilik kimi deyil, həm də iqlim siyasətində, resursların idarə edilməsində və dayanıqlı inkişafın təmin olunmasında strateji alət kimi önə çıxır: “Məhz buna görə ölkəmizdə süni intellektin inkişafı dövlət səviyyəsində prioritet elan olunub və 2025−2028-ci illər üçün süni intellekt strategiyasının tətbiqi ilə bu istiqamətdə sistemli və ardıcıl siyasətin əsası qoyulub”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
50
2
azertag.az

3Mənbələr