AZ

Dörd nəfərin “qida zəhərlənməsi” ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb - RƏSMİ

Bərdədə qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb

Bəzi xəbər saytlarında Bərdə rayonunda 4 nəfərin “qida zəhərlənməsi” ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb.

Belə ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, həmin şəxslərə “Mədə-bağırsağın dəqiqləşdirilməmiş funksional pozğunluğu” diaqnozu qoyulub. Xəstələrə ilkin tibbi yardım göstərilib, vəziyyətləri yaxşılaşdığı üçün evə buraxılıblar.
AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər.

Seçilən
19
teleqraf.com

1Mənbələr