AZ

“Zirə”nin yarımmüdafiəçisi turnir üçün milliyə çağırıldı

“Zirə”nin futbolçusu Rikardo Martins Qimaraeş yenidən Mozambik millisinə çağırılıb.

İdman.Biz xəbər verir ki, “Quima” ləqəbli yarımmüdafiəçi Afrika Millətlər Kubokunda iştirak edəcək.

30 yaşlı yarımmüdafiəçi turnir üçün yekun heyətə çağırılıb.

O, dekabrın son həftəsini Mozambik yığmasının düşərgəsində keçirəcək. Komanda qrup mərhələsindən çıxarsa, futbolçunun “Zirə”yə qayıtması gecikəcək, çünki turnir dekabrın 21-də başlayıb və yanvarın 18-dək davam edəcək.

Qeyd edək ki, Rikardo Martins Qimaraeş ”Zirə”yə bu ilin martında Türkiyənin “İğdır” klubundan keçib.

İdman.Biz

Seçilən
45
1
idman.biz

2Mənbələr