“Süni intellektlə bağlı bir çox layihələr həyata keçirilir. Məktəblərdə şagirdlər süni intellektlə bağlı müəyyən anlayışları əldə edə bilirlər. Bizim STEAM layihəmiz var, hazırda bu layihə 407 məktəbdə həyata keçirilir və 3-9-cu sinifləri əhatə edir. Bu mərkəzlərdə təqdim olunan məzmun çox istiqamətlidir. Burada robot texnikası, süni intellektlə bağlı xüsusi mövzular tədris proqramlarına inteqrasiya olunur”.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisdə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı deyib.
“Qlobal iqlim dəyişikliyi, enerji təhlükəsizliyi ilə bağlı rəqəmsal bacarıqlarını formalaşdırmaq üçün Elm və Təhsil Nazirliyi tərəfindən ali məktəblərdə bir sıra layihələr həyata keçirilir.
Bakı Dövlət Universitetində, Bakı Ali Neft Məktəbində, Azərbaycan Neft və Sənaye Univeristetində, ADA Universitetində və digərlərində bu sahədə araşdırmalar aparılır. Bu sahədə dissertasiyalar hazırlanır və müdafiıə olunur. Elm və Təhsil Nazirliyinin Fizika, İnformasiya Texnologiyaları İnstitutunda da iqlim dəyişiklikləri ilə bağlı süni intellektin müxtəlif aspektləri araşdırılır”, - deyə nazir müavini qeyd edib.
Günay Şahmar, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta