AZ

Dünyanın ən bahalı kitabları zədələndi: Luvrda daşqın baş verdi

Luvr Muzeyinin antik əşyalar salonlarında baş verən daşqın nəticəsində 300-400 dəyərli kitab zədələnib. Vətəninfo.az xəbər verir ki, hadisə noyabrın 26-da baş verib və istilik sistemində su sızması səbəbindən meydana gəlib. Su sızmasının səbəbi isə klapanın təsadüfən açılması olub.

Muzeyin direktor müavini Frensis Steynbockun sözlərinə görə, zədələnmiş kitablar arasında 19-cu əsrə aid əsərlər, dövri nəşrlər və kataloqlar yer alır. Ancaq Steynbock, zədələnən kitabların arasında “itirilə biləcək qiymətli əsərlər” olmadığını vurğulayıb.

Mütəxəssislər, zədələnən kitabların hər bir səhifəsindən nəm çıxarmaq üçün diqqətlə işləyirlər. Hazırda muzey əməkdaşları zədələnmiş kitabların bərpası üzərində intensiv iş aparırlar.

Bu hadisə, dünya miqyasında tanınan və çox qiymətli olan kitab kolleksiyasının qorunması baxımından ciddi bir fəsad yaratmışdır. Luvr muzeyi bu tip qəzaların qarşısını almaq üçün gələcəkdə müvafiq tədbirlər görəcəyini bildirir.

Seçilən
84
veteninfo.az

1Mənbələr