Ajans.az xəbəər verir ki,bu barədə The New York Times qəzeti adları açıqlanmayan İran rəsmilərinə istinadən məlumat yayıb. Məlumata görə, İran vətəndaşlarını daşıyan təyyarə Arizonadakı hava limanından yola düşüb və Misir və Küveytdə eniş edəcək. Qəzetin bildirdiyinə görə, bu uçuş bu il öz növündə ikinci uçuşdur; təxminən 100 İran vətəndaşını daşıyan ilk təyyarə sentyabr ayında ABŞ-dan yola çıxmışdı. NYT həmçinin qeyd edir ki, təyyarədə İran vətəndaşlarından əlavə, Rusiya və ərəb ölkələrinin vətəndaşları da var və onlar Qahirədə eniş edəcəklər. Qəzetin məlumatına görə, hazırda təxminən 2000 İran vətəndaşı ABŞ-dan deportasiya olunmağı gözləyir.