Aktual.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, indiyədək 27 min 650 bilet satılıb.
Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlərimiz iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı "Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" oyunu dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.