AZ

Məşhur müğənni 1 milyon 600 min manatlıq cinayətdə ittiham olunur

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Bir neçə aydır ki, təhqir və böhtan maddəsi ilə həbsdə saxlanılan müğənni Dəniz Əsədovaya yeni ittihamlar elan olunub.

Gununsesi.info–nun xəbərinə görə, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müğənni Dəniz Əsədova barəsində başlanan cinayət işinin istintaqı tamamlanıb və məhkəməyə göndərilib.

Məlumata görə, müğənni Cinayət Məcəlləsinin 308.2 ( Vəzifə səlahiyyətlərindən sui‐istifadə) , 32, 311.2 (Rüşvət alma (passiv rüşvətxorluq) ) 312.2.1 (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə)  313( Vəzifə saxtakarlığı)və  320 (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə ) maddələri ilə təqsirləndirilir.

Məlumata görə, bu cinayətlərə görə dövlətə vurulmuş zərər 1 milyon 640 min manat müəyyən edilib.

Belə ki, müğənni  Dəniz Əsədova bir qrup şəxslərlə  əlbir olaraq vətəndaşlara saxta əlillik dərəcəsi düzəltdirib.

Nəticədə dövlət büdcəsi  külli miqdarda zərərə düşüb.

Bu iş üzrə başqa həbs olunanlar da var.

Afət Abbasova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
2
icma.az

3Mənbələr