AZ

Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Bu barədə Missiya.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə su anbarında qanunsuz olaraq balıq ovu ilə məşğul olan Ə.Cəfərov saxlanılıb.

Həmin şəxsdən qanunsuz ovladığı balıqlar və balıqovlama ləvazimatları aşkarlanıb.

Faktla bağlı araşdırmalar aparılır.

Seçilən
26
15
missiya.az

10Mənbələr