AZ

Elnur Soltanov: SOCAR-da kibertəhlükəsizliklə bağlı mərkəzləşdirilmiş təhlükəsizlik əməliyyatları sistemi qurulur

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) kibertəhlükəsizliklə bağlı mərkəzləşdirilmiş təhlükəsizlik əməliyyatları sistemi qurulur.

 

“İki sahil” xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin "İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri" mövzusunda elmi-praktik konfransda bildirib.

Onun sözlərinə görə, Azərbaycanda təsərrüfat subyektlərində rəqəmsallaşma və süni intellekt istiqamətində müəyyən addımlar atılır: "Azəristiliktəchizat" ASC-də rəqəmsallaşma istiqamətində planlar mövcuddur və hazırda yüksək səviyyəli nümayəndələr "Azəristiliktəchizat"dan, həm Energetika Nazirliyindən Avropada ezamiyyətdədirlər. SOCAR-da çox diqqətəlayiq hadisələr baş verir. Mən xüsusi olaraq da "SOCAR Karbamid" zavodunda "Digital Lighthouse" hədəfi çərçivəsində görülən işləri xüsusi olaraq vurğulamaq istəyirəm".

O qeyd edib ki, rəqəmsallaşma məhsuldarlığı artırma ilə bərabər, kiberhücumlara zəiflik mənasına da gəlir: "Yəni bu effektivliyin qarşısında eyni zamanda bir çağırışla, kiberhücumlara məruz qalma çağırışı ilə də üz-üzə qalmış olunur və SOCAR-da bu istiqamətdə mərkəzləşdirilmiş təhlükəsizlik əməliyyatları sistemi də qurulur".

E.Soltanov "Azərişıq" ASC-də təsərrüfat subyektləri nöqteyi-nəzərindən xüsusi olaraq kommunal xidmətlərin vahid informasiya sisteminin qurulması haqqında danışıb: "İlkin layihə hazırdır və hədəf modelin 2029-cu ildə həyata keçirilməsi nəzərdə tutulur. Digər bir məsələ "Azərişıq" çərçivəsində iş axınlarının rəqəmsallaşdırılması və bunun başqa bəzi iş axınlarının artıq vizuallaşdırılmasıdır ki, bu da xüsusi rəqəmsallaşmanın xüsusi bir mərhələsi olaraq qeyd edilə bilər. "Azərenerji"də artıq 143 obyekt SCADA sisteminə - rəqəmsal sistemə qoşulub. Bunun 24-ü stansiya, 36-sı kiçik su elektrik stansiyası, biri günəş elektrik stansiyası, digərləri isə 110, 220, 330 və 500 kilovoltluq yarımstansiyalardır. Eyni zamanda burada 40-a yaxın sistemdə mikro-SCADA yaradılıb və ana sistemə, makro-SCADA-ya qoşulub ki, nəticə etibarilə son beş il ərzində fiber-optik kabel məsafəsi 850 kilometrdən 5000 kilometrə qədər artırılıb".

Seçilən
12
ikisahil.az

1Mənbələr