Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, nazir Ceyhun Bayramov və nazir Seyid Abbas Əraqçi arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.