Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
16.10.2025 tarixində Nərimanov Rayon Məhkəməsində keçirilən proses zamanı 5 il müddətə azadlıqdan məhrum edilən keçmiş diplomat Ramiz Vəliyevdən xəbər var.
Belə ki, Gununsesi.info-nun xəbərinə görə, Ramiz Vəliyev barəsində qəbul edilən hökmdən apellyasiya şikayəti verib və şikayət artıq icraata götürülüb.
Keçmiş diplomatın şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrlik etdiyi kollegiya baxacaq.
Qeyd edək ki, R.Vəliyev 5 il müddətinə azadlıqdan məhrum edilməkdən əlavə, 2 il müddətinə də müəyyən vəzifə tutma hüququndan məhrum edilib.
Xatırladaq ki, sabiq diplomat Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuşdu.
Ona AR Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb.
Onu da vurğulayaq ki, Ramiz Vəliyev tanınmış vəkil Adəm Məmmədovun əmisidir.
Elmar
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.