AZ

Azərbaycandan Ermənistana yanacaq tranziti üçün rüsum alınmayacaq Gürcü nazir açıqladı

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Gürcüstan hökuməti Azərbaycandan Ermənistana bir dəfəlik yanacaq tranziti üçün heç bir ödəniş tələb etməyəcək.

“AzPolitika” xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Rəsmi Tbilisi bildirib ki, dekabrın 5-də tərəfdaşlardan bu barədə sorğu alınıb. Hələlik sorğunu hansı ölkənin verdiyi açıqlanmayıb. Nazirlik qeyd edir ki, Baş nazir İrakli Kobaxidzenin qərarı ilə “Gürcüstan Dəmir Yolları” yükün bir dəfəlik daşınmasını dərhal və tamamilə ödənişsiz həyata keçirəcək.

Əvvəlki məlumatlarda bəzi KİV-lər Gürcüstanın hər ton üçün 92 dollar tələb edəcəyini yazmışdı. Rəsmi Tbilisi isə vurğulayıb ki, ölkə həm Ermənistanın, həm də Azərbaycanın strateji və etibarlı tərəfdaşıdır və regionda sülh və sabitliyi dəstəkləyir.

Qeyd edək ki, dekabrın 6-da Dohada keçirilən görüşdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Bakı və İrəvan Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracını müzakirə edirlər. O əlavə edib ki, bu məsələ barədə sonuncu müzakirələr Azərbaycanın Qəbələ şəhərində aparılıb.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
azpolitika.info

1Mənbələr