Mövzu ulə bağlı Missiya.Az-a danışan iqtisadşı ekspert Akif Nəsirli bildirib ki, son illərin müşahidələri göstərir ki, xüsusilə çərəzlər, yağ, süd və süd məhsulları, meyvə-tərəvəz, eləcə də ətin bahalaşma ehtimalı yüksəkdir:"Qoz, badam, fındıq və digər çərəzlərə bayram ərəfəsində tələbat artır və bu da qiymətlərin yüksəlməsinə səbəb olur. Bitki yağları və kərə yağı bazarında da bayramdan əvvəl dəyişkən qiymət artımları müşahidə edilir. Alma, armud, sitrus meyvələri və bəzi tərəvəz növləri də daxil olmaqla, populyar məhsullar üzrə qiymət artımı ehtimalı var. Ət və ət məhsullarına olan tələbin yüksəlməsi isə ənənəvi olaraq bayramlar öncəsi qiymətlərin artmasına şərait yaradır. Bundan əlavə, bayram günlərində səyahət edənlərin sayının çoxalması otel və turizm paketlərinin qiymətlərinə də təsir edə bilər",- deyə ekspert qeyd edib.
İqtisadçı əlavə edib ki, qiymət artımının əsas səbəbi bayram dövründə tələbatın kəskin yüksəlməsidir:
"Qonaqlıqlar, hədiyyələr və bayram süfrələri üçün alınan məhsullar bazarda təzyiq yaradır və nəticədə qiymət artımı qaçılmaz olur. Bundan başqa, idxal olunan məhsullar üzrə gömrük rüsumları, valyuta məzənnəsində dəyişikliklər, nəqliyyat və qablaşdırma xərclərinin artması da qiymətləri yüksəldən əsas amillər sırasındadır. Mövsümi dəyişikliklər və təchizat çətinlikləri də bəzi meyvə, tərəvəz və çərəz növlərində bahalaşmanı sürətləndirir",-deyə ekspert bildirib.
Seyranə Quliyeva
Missiya.Az