AZ

115 min il əvvələ aid insan izləri tapılıb

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

Səudiyyə Ərəbistanının Nəfud səhrasında arxeoloqlar qədim tarixə malik, lakin çoxdan qurumuş gölün dibində 115 min il əvvələ aid olan yeddi insanın izlərini aşkar ediblər. Alimlərin fikrincə, bu izlər güman ki, müəyyən səbəblərdən ilk dəfə Afrikanı tərk edən Homo sapiens nümayəndələrinə aiddir.

Reyting.az-ın məlumatına görə, tədqiqatçılar xüsusi qeyd ediblər ki, bu cür qədim izlərin indiyə qədər zədələnmədən yaxşı qorunması unikal hadisədir, çünki palçıq izləri uzunömürlü olmur, bir neçə günün ərzində silinib gedir.

Alimlər bildiriblər ki, o dövrdə izlərin dərhal lil qatı ilə örtülməsi, tədricən daşlaşması qədim insanların ayaq izlərinin günümüzə gəlib çatmasına səbəb olub.

Ümumiyyətlə, bu tapıntı həm də, qədim insanın Afrika xaricinə miqrasiyası barədə elm aləmindəki bütün mövcud təsəvvürləri tamamilə dəyişə bilər.

Tədqiqatçılar vurğulayıblar ki, bu ərazidəki qədim insanların 115 min il əvvəl su mənbələrinin boyunca hərəkət etdikləri barədə önə çıxmış ilk ehtimal isə artıq elmi araşdırma mövzusuna çevrilir.

Alimlər əmindirlər ki, izlərin yanında qədim alət və ya dayanacaq izlərinin tapılmaması, onların sadəcə, bu bölgədən keçməklə su axtardıqlarını sübut edir.

Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
72
reyting.az

1Mənbələr