AZ

Kommunal xidmətlərlə bağlı YENİLİK

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Azərişıq”da kommunal xidmətlərin vahid informasiya sisteminə qurulması Prezidentin sərəncamı ilə həyata keçirilməkdədir. İlkin layihələr hazırdır. Hədəf modelinin 2029-cu ildə həyata keçirilməsi nəzərdə tutulur”. Bizim.Media xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Sultanov Milli Məclisdə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı deyib.“Azərenerji”də 143 obyekt artıq rəqəmsal sistemə qoşulubdur. Bunun 24-ü stansiya, 36-sı kiçik su elektrik stansiyası, biri günəş elektrik stansiyası, digərləri isə yarım stansiyalardır. Son beş il ərzində fiberoptik kabel məsafəsi 850 kilometrdən 5000 kilometrə qədər artırılıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərdəki kiçik su elektrik stansiyaları artıq tamamilə Skada sisteminə qoşulub və yaşıl enerji zonası hədəfi çərçivəsində bu istiqamətdə fəaliyyət davam edir”,- deyə nazir müavini qeyd edib.Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
119
5
bizim.media

6Mənbələr