AZ

Elmi-praktik seminar keçirilib - FOTOLAR

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Mehmanxana və restoran işi” kafedrasının təşəbbüsü ilə “Sapphire Inn Hotel”də “Ali təhsil müəssisələri və sənaye arasında strateji tərəfdaşlıq nümunələri – Azərbaycan üçün yeni yanaşma” mövzusunda elmi-praktik seminar keçirilib.

Universitetdən "Cebheinfo.az"a verilən xəbərə görə, tədbirdə ATMU rəhbərliyi, müxtəlif universitetlərin professor-müəllim heyəti, həmçinin hotel və sənaye nümayəndələri iştirak ediblər. 

Seminara kafedra müdiri Novruz Quliyev sədrlik edərək universitet-sənaye əməkdaşlığının əhəmiyyəti, dual təhsil modelinin tətbiqi imkanları və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı məsələləri haqqında çıxış edib.

Çıxış edən qonaqlar ali təhsilin sənayenin real ehtiyaclarına uyğunlaşdırılması, təcrübə proqramlarının təkmilləşdirilməsi, kadr hazırlığında müasir yanaşmaların tətbiqi, eləcə də təhsil müəssisələri ilə xidmət sənayesi arasında mövcud boşluqların aradan qaldırılması ilə bağlı öz təkliflərini səsləndiriblər. Hotelçilik və turizm sahəsində ixtisaslı kadrlara artan tələbat xüsusi olaraq vurğulanıb.

Seminarın sonunda sənaye nümayəndələrinə ATMU rəhbərliyi tərəfindən əməkdaşlığa görə Təşəkkürnamələr təqdim olunub.

Tədbirin yekunu olaraq universitetdə sənaye ilə əlaqələri koordinasiya edəcək ayrıca mərkəzin yaradılması, dual təhsil modelinin tətbiqi, tədris proqramlarının yenilənməsi və birgə tədqiqat layihələrinin genişləndirilməsi ilə bağlı bir sıra tövsiyələr qəbul edilib.

Seçilən
6
3
cebheinfo.az

4Mənbələr