AZ

Tramp Paşinyana məktub göndərdi

ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyana Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı təşəkkür məktubu göndərib.

“Cebheinfo.az”-ın məlumatına görə, müraciətin mətnindən bu təşəbbüsün Ermənistan və Azərbaycan liderlərinin birgə məktubunda rəsmiləşdirilməsi diqqəti cəlb edir. 

Ağ Evin rəhbəri cavabında onu vacib missiyasını davam etdirməyə ruhlandırdıran bu jestdən dərin təsirləndiyini qeyd edib.  Donald Tramp ABŞ Prezidenti kimi dünyada münaqişələrə son qoymağa və qlobal rifahı təmin etməyə sadiq qalacağını bildirib.

Amerika lideri həmçinin, davam edən tərəfdaşlığın əhəmiyyətini qeyd edərək, tərəflərin birgə səyləri nəticəsində qeyri-mümkün görünənlərə belə, nail ola biləcəklərini bəyan edib. Məktubun sonunda Tramp Nikol Paşinyana davamlı dəstəyinə görə bir daha təşəkkür edib.

Seçilən
11
cebheinfo.az

1Mənbələr