AZ

Məktəblərdə təhlükəsizlik tədbirləri belə görülməlidir Ekspertdən AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

"Məktəblərdə zəhərlənmə hadisələrin təkrarlanmasının qarşısını almaq üçün istilik, ventilasiya və yanğın təhlükəsizlik sistemləri ən yüksək standartlara uyğunlaşdırılmalıdır. Xüsusilə qış aylarında sinif otaqlarında temperatur və rütubət balansı düzgün tənzimlənməli, havada zərəli qazların monitorinqi aparılmalıdır. Bu sistemlər yalnız rahatlıq üçün deyil, həm də sağlamlıq üçün həyati əhəmiyyət kəsb edir".Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Orxan Musayev deyib.O, bildirib ki, məktəblərdə havanın keyfiyyətinə nəzarət edilməli, həm şagirdlərin, həm müəllimlərin və digər işçilərin tənəffüs sağlamlığı qorunmalıdır:"Yanğın təhlükəsizliyi yüksək prioritetə malik olmalı, məktəblərdə yanğın söndürən avadanlıqlar və ilkin müdaxilə vasitələri daim işlək vəziyyətdə olmalıdır. Fövqəladə hallarda şagirdlərin və müəllimlərin təxliyyəsi üçün planlar hazırlanmalı və bütün əməkdaşlar bu planlardan xəbərdar olmalıdır".Ekspert bildirib ki, təxliyyə planları yalnız nəzəri yox, praktiki məşğələlər formasında həyata keçirilməlidir ki, hadisə baş verdikdə hər kəs düzgün şəkildə təxliyə olunsun:"Təhsil müəssisələrində yanğın təhlükəsizlik qaydalarına ciddi riayət edilməli, ibtidai siniflər yalnız birinci mərtəbədə yerləşdirilməli, yuxarı mərtəbələrdə yerləşdirmədən qaçınılmalıdır. Yanğın təhlükəsizlik qaydalarının tətbiqi formal xarakter daşımamalıdır. Real risklər nəzərə alınmalı, xüsusilə həssas qrupdakı şagirdlərin həyatı təhlükəyə atılmamalıdır. Nasaz və riskli cihazlardan istifadə olunmamalı, fövqəladə hallara hazırlıq daim təkmilləşdirilməlidir".Qeyd edək ki, Salyanda məktəbdə şagirdlər tüstüdən zəhərləniblər.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
77
demokrat.az

1Mənbələr