Bakı.Trend:
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatınınəməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkməmüəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.
Trend xəbərverir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məhkumla qısamüddətli görüşə gəlmiş anasınınüzərinə və əşyalarına baxış keçirilən zaman ona məxsus əlçantasının gizli saxlanc yerində gizlədilmiş, daxilində danışıqkartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkarolunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarındasaxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və yaötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir dahavətəndaşların diqqətinə çatdırılır.