AZ

Azərbaycan su təhlükəsizliyi ilə bağlı göstəricilərdə artım nümayiş etdirir - AİB

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) tərəfindən dərc olunan “Asiya SuEhtiyatlarının İnkişaf Proqnozu (AWDO) 2025” hesabatına əsasən,Azərbaycan 2013–2025-ci illər ərzində su ehtiyatlarının təminatıüzrə əsas istiqamətlərdə müsbət dinamika nümayiş etdirib.

Trend xəbər verirki, bu barədə Asiya İnkişaf Bankı (AİB) məlumat yayıb.

“İndeksdə su təhlükəsizliyinin bir neçə ölçüsü əhatə olunur:kənd təsərrüfatı ilə məşğul olan ev təsərrüfatlarının vəziyyəti,iqtisadi su təhlükəsizliyi, urbanizasiya infrastrukturu, ekolojiaspektlər və təbii fəlakətlərə hazırlıq. Azərbaycanda ən yüksəkartım şəhər sektorunda (+5,4), həmçinin fövqəladə hallara hazırlıqsahəsində (+1,8) və kənd təsərrüfatı ev təsərrüfatlarında (+3,4)qeydə alınıb. İqtisadi komponent cüzi azalma göstərib (–1,1),ekoloji göstərici isə 0,6 bənd artıb. Ümumilikdə ölkənin Milli SuTəhlükəsizliyi İndeksi (NWSI) 100 mümkün baldan 10,1-ə çatıb”, –məlumatda vurğulanıb.

Bildirilib ki, Mərkəzi və Qərbi Asiya regionu ümumi şəkildəmülayim irəliləyiş göstərir və ölkələrin əksəriyyəti Milli SuTəhlükəsizliyi İndeksinə (NWSI) görə “Fəal iştirak” səviyyəsindəqərarlaşıb.

“Kənd ev təsərrüfatları üçün xidmətlər (KD1) yaxşılaşıb, bu daqismən mövcud şəbəkələr vasitəsilə içməli suya nisbətən yüksəkçıxış səviyyəsi ilə əlaqədardır, lakin xidmətlərdə boşluqlar hələdə qalmaqdadır.

İqtisadi su təhlükəsizliyi (KD2) əsasən sabitdir, lakin regionbuzlaqların və qar örtüyünün azalması fonunda quraq mövsümdə suyaartan rəqabətlə üzləşir. Şəhər su təhlükəsizliyi (KD3) sahəsindəgöstəricilər ümumilikdə sabit və ya yaxşılaşan tendensiya nümayişetdirir, bu arada Azərbaycan və Tacikistan su təchizatına vəsanitariya xidmətlərinin əlçatanlığının əhəmiyyətli dərəcədəartması ilə fərqlənib”, - AİB məlumatında qeyd edilir.

Məqalədə:
Seçilən
79
1
az.trend.az

2Mənbələr