AZ

Məmməd İbrahimli barəsində qərar qüvvədə saxlanıldı

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan AXCPRəyasət Heyətinin üzvü Məmməd İbrahimli barəsində qətimkan tədbiriseçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrəməhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, bu günBakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbuledilib.

Belə ki, Apellyasiya şikayəti təmin edilməyib, həbs qətimkantədbirinin seçilməsi barədə qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Səbail rayon Məhkəməsinin qərarı ilə M. İbrahimlibarəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyəvə ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorladəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəlisürülüb.

Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP)sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvüMəmməd İbrahimli barələrində aparılan araşdırmaçərçivəsində DTX-də dindiriliblər.

Onların evində axtarış aparıldıqdan sonra Dövlət TəhlükəsizliyiXidmətinə aparılıblar.

Məlumata görə, Əli Kərimlinin və Məmməd İbrahimlinin evindəkiaxtarış və dindirilmə Ramiz Mehdiyevin DTX-də istintaq olunancinayət işi ilə əlaqədardır.

Xatırladaq ki, Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədəcinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusiləağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmişRamiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 aymüddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələkeçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci(cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri iləittiham olunur.

Seçilən
71
49
az.trend.az

10Mənbələr