AZ

Luvrda su sızması 400 ə qədər kitabı zədələdi

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Luvrda su sızması nəticəsində 400 civarında tarixi kitab zədələnib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, zədələnən nəşrlər XIX əsrin sonları, XX əsrin əvvəllərinə aid misirşünaslıqla bağlı kitablar, əlyazmalar və elmi işlərdir.

Muzeyin baş direktorunun müavini Frensisk Steynbok məsələyə münasibət bildirərkən, eksponatların ciddi ziyan görmədiyini, onların yalnız islandığını bildirib. Steynbok onlar quruduqdan sonra ekspertlər tərəfindən tam bərpa olunacağını da qeyd edib. 

Yeri gəlmişkən, muzey rəhbərliyi artıq araşdırmalara başlayıb, su sızmasının nədən qaynaqlandığı aydınlaşdırılır.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
525.az

1Mənbələr