AZ

“Birmarket”də BOŞLUQLAR: stok problemi, itən məhsullar, yalan kompensasiya vədi…

Son dövrlərdə “Birmarket” müştərilərindən ard-arda şikayətlər gəlir. Bir çox istifadəçi şirkətin tətbiqində və xidmətlərində ciddi nasazlıqların olduğunu bildirir.

NOCOMMENT.az xəbər verir ki, ən çox rastlanan problemlərdən biri məhsulların stokda olub-olmaması ilə bağlı uyğunsuzluqlardır. Birmarket tətbiqində satışda olan məhsullar sifariş edildikdən sonra, növbəti gün “stokda yoxdur” bildirişi ilə ləğv edilir, amma həmin məhsullar hələ də satışda görünür.

Daha bir şikayət isə məhsul itməsi və ödəniş problemləri ilə bağlıdır. Bir müştəri sifariş etdiyi məhsulun itməsi nəticəsində ödənişinin hələ də onun üzərinə qalmasından şikayət edir. Müştəri, həmçinin kredit xəttinin bağlanması ilə bağlı da narazıdır və şirkətin kompensasiya ödənəcəyi ilə bağlı verdiyi sözləri yerinə yetirmədiyini bildirir. Şikayətçi artıq 5 gündür heç bir irəliləyiş olmadığını və məsələ ilə bağlı şirkət tərəfindən hər hansı bir cavab almadığını vurğulayıb.

Bundan əlavə, müştərilər Birmarket tətbiqinin funksionallığından da narazıdır.

Müştərilər, şirkətə ödəniş və xidmətlərlə bağlı müraciət etsələr də, cavab almadıqlarını qeyd edirlər.

Aliyə

Seçilən
49
nocomment.az

1Mənbələr