Bakı, 8 dekabr, Günel Türksoy, AZƏRTAC
Hesab edirəm ki, dövlətlər film sahəsinin inkişafına dəstək verməlidirlər. Həmçinin müasir texnologiyalara investisiya yatırmaq və müasir texnoloji infrastruktur yaratmaq üçün zəruri qurumların formalaşdırılmasını təmin etməlidir.
Bunu AZƏRTAC-a açıqlamasında “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”də iştirak edən afrikalı prodüser Çarli Kohm deyib.
Onun sözlərinə görə, bu cür infrastrukturlar İslam ölkələrində sənayenin inkişafı üçün mühüm baza rolunu oynayır. O bildirib ki, bu istiqamətdə gənc istedadların tanınmasına sərmayə qoyulması, onların potensialının dəstəklənməsi xüsusi əhəmiyyət kəsb edir.