Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Polşada casus avadanlığı olan üç ukraynalı saxlanılıb.
Bakıvaxtı.az "RMF24" radiosuna istinadən xəbər verir ki, onların avtomobilində casus avadanlığı aşkar edilib.
Avtomobilə baxış zamanı "Flipper" adlı xüsusi haker avadanlığı, antenalar, noutbuklar, sim kartlar, marşrutlaşdırıcılar, sərt disklər və kameralar götürülüb.
Həmin şəxslər Varşavada adi yoxlama zamanı saxlanılıblar. Onlar polisə Avropada səyahət etdiklərini və cəmi bir neçə saat əvvəl Polşaya gəldiklərini bildiriblər. Onlar özlərini İT mütəxəssisləri kimi təqdim ediblər, lakin xüsusi avadanlıqların saxlanmasının məqsədini izah edə bilməyiblər.
Dindirmə zamanı onlar tez-tez ingilis dilini unudub və onlardan nə soruşulduğunu başa düşmədiklərini iddia ediblər.
Saxlanılan şəxslər kompüter fırıldaqçılığı və cinayət törətmək məqsədilə avadanlıq saxlamaqda, o cümlədən milli müdafiə üçün vacib olan məlumatları pozmaqda ittiham olunurlar.
Ukraynalılar barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Gülşən Şərif
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.