AZ

C vitamini serumu: gündəlik necə istifadə edək?

Antioksidant xüsusiyyətə malik C vitamini serumu dəridə kollagen istehsalını artıraraq daha gərgin və parlaq görünüş formalaşdırır.


Pravda.az bildirir ki, serumun mütəmadi istifadəsi tünd ləkələrin və incə qırışların azalmasına kömək edə bilər.


C vitamini serumu günəş şüalarının və ətraf mühitin yaratdığı zədələrə qarşı qoruyucu təsir göstərir. Bununla yanaşı, sızanaqdan sonra yaranan izlərin yumşalmasına da kömək olur.
 

Dermatoloqlar serumun daha çox səhər istifadə edilməsini, üzə bir neçə damla tətbiq edildikdən sonra nəmləndirici və günəş kreminin çəkilməsini tövsiyə edir. Normal və yağlı dərisi olanlara gündəlik istifadə məsləhət görülür. Həssas dəri tipinə sahib şəxslərə isə həftədə 2–3 dəfə tətbiq etmələri tövsiyə olunur.


Mütəxəssislər əlavə edir ki, məhsulun təsirini artırmaq üçün davamlı istifadə vacibdir və uyğun konsentrasiyanın seçilməsi də əhəmiyyət daşıyır.


Əminə Bayramova 

Tarix: 8 Dekabr 2025, 14:48   
Seçilən
49
pravda.az

1Mənbələr