AZ

Bir həftədə iki tennisçi Rusiyadan üz döndərdi

Rusiyanın 2022-ci ilin fevralından bəri Ukrayna ərazisini işğal etmək üçün başlatdığı müharibə bu ölkənin təkcə iqtisadiyyatını yox, idmanını da çökdürür. Təsəvvür edin ki, başa çatmaqda olan həftədə iki rusiyalı tennisçi idman vətəndaşlığını dəyişdi. Əvvəllər belə hallar təkəm-seyrək olurdusa, artıq tendensiya xarakteri almaqdadı.

"Football-plus.az" xəbər verir ki, dekabrın ilk günündə Kamilla Rəhimovanın bundan sonra Özbəkistan bayrağı altında çıxış edəcəyi aydın oldu. Özbəkistan Tennis Federasiyasının bununla bağlı yaydığı açıqlamada deyilir:
“Kamillanı milli komandanın heyətində salamladığımıza görə şadıq. Onu irəlidə Özbəkistan bayrağı altında yeni uğurların və parlaq çıxışın gözlədiyinə əminik”.

24 yaşlı tennisçi indiyə qədər beynəlxalq turnirlərdə Rusiyanı təmsil edirdi. WTA reytinqində 112-cü yerdə qərarlaşan Rəhimova indiyə qədər bu qurumun bayrağı altında keçirilən dörd yarışın (ücü cütlərin, biri fərdi mübarizədə) qalibi olub.

Anastasiya Potapovanın da yeni mövsümdən Avstriyanı təmsil edəcəyi bəlli olub. Tennisçi bu xəbəri “teleqram” kanalında açıqlayıb:
“Sevinc hissi ilə hər kəsə bəyan edirəm ki, Avstriya hökuməti bu ölkənin vətəndaşlığını almaqla bağlı müraciətimi təsdiqləyib. Avstriya sevdiyim, qeyri-adi dərəcədə qonaqpərvər və özümü evdəki kimi hiss etdiyim ölkədi. Vyanada olmaq xoşuma gəlir, bu şəhəri ikinci evim etmək imkanını səbirsizliklə gözləyirəm. Qürur hissi ilə açıqlayıram ki, 2026-cı ildən başlayaraq yeni vətənim Avstriyanə təmsil edəcəm”.

Dünyanın 51-ci raketkası indiyə qədər Rusiya adından yarışırdı. 24 yaşlı Potapova WTA səviyyəli 6 turnirin (üçü fərdi hesabda) qalibidi.
Seçilən
26
1
football-plus.az

2Mənbələr