AZ

Süleyman Mikayılovun rəhbərlik etdiyi rayonda dövlətin borcunu ödəyə bilməyən idarə yolların təmirinə 400 mindən çox vəsait xərcləyəcək

Qaradağ rayonunda yolların əsaslı təmiri və abadlıq işlərinə 417 406 AZN xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, işi “İS.M.M.” MMC görəcək.

 

Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi və şirkət arasında müvafiq müqavilə bağlanıb.

 

Dövlətə 54 887 AZN borcu olan İdarənin rəhbəri Namizəd İsmayıl oğlu İsmayılovdur. Xidməti göstərəcək şirkətin də dövlətə borcu var – 555.9 AZN.

 

Xatırlatma: Ötən ay Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ rayon icra hakimiyyətində əməliyyat keçirib. Qaradağ rayon icra başçısının müavini Nadir Muradov, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov həbs ediliblər.

 

Cabir

Tarix: 8 Dekabr 2025, 14:44   
Seçilən
30
2
pravda.az

3Mənbələr