İngilis aktrisa Keyt Uinslet "dəhşətli" kosmetik prosedurları və arıqlama dərmanları haqda danışaraq, bu gün gənc qadınların "əsl gözəlliyin nə olduğu anlayışını" itirdiyini söyləyib.
Publika.az xəbər 50 yaşlı ulduz bu barədə "Times" qəzetinə danışıb.
O deyib ki, qadınların bir-birinə necə bənzədiyini görmək dəhşətlidir: "Bu sarsıdıcıdır. İnsanın özünə hörməti xarici görünüşünə bu qədər bağlı olanda, qorxulu olur".
Uinslet qeyd edib ki, o, istədiyi kimi geyinən, hansı formada olursa-olsun, insanları sevir, lakin çoxları arıqlamaq üçün dərman qəbul edən aktrisaları sevir: "Bəziləri özləri olmağı seçirlər, bəziləri isə özləri olmamaq üçün əllərindən gələni edirlər."
Aktrisa insanların çox vaxt bədənlərinə nə qoyduğunu bilmədiklərindən narahatlığını ifadə edib: "Sağlamlığa etinasızlıq dəhşətlidir. Mən indi həmişəkindən daha çox narahatam. Bu, tam xaosdur!"