AZ

Suriya prezidentindən ona “terrorçu” deyən jurnalistə SƏRT CAVAB – VİDEO

Suriya Prezidenti ona “terrorçu” deyən jurnalistə sərt cavab verib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Doha Forumunda gərgin anlar yaşanıb, Əhməd əl-Şəraa CNN aparıcısının ittihamlarını rədd edib.

Dohada keçirilən forumda Suriya prezidenti Əhməd əl-Şəraa CNN telekanalının aparıcısının sərt sualı ilə üzləşib. Jurnalist onu “terrorçu” adlandırıb.

Suriya prezidenti bu ittihamları rədd edərək onları siyasiləşmiş adlandırıb və bəyan edib ki, əsl terrorçular dinc insanları öldürənlərdir.

O vurğulayıb ki, heç vaxt mülki vətəndaşlara zərər vurmayıb və 20 ildən artıqdır ki, “dinc əhalini qorumaq üçün özünü riskə ataraq” döyüşlərdə iştirak edib.

Əl-Şəraa həmçinin Suriya rejiminin hərəkətləri ilə Qəzzadakı müharibəni müqayisə edərək, beynəlxalq ictimaiyyətin ikili standartlarını tənqid edib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi əməliyyatlar əhali arasında itki olmadan həyata keçirilib və həbsxanaların boşaldılması onun terrorçu olmadığının sübutudur.

Əl-Şəraa əlavə edib ki, “reallıq qalib gəlib” və o, artıq terrorçular siyahısında yer almır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
89
interpress.az

1Mənbələr