Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza dekabrın 6-da səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 99-NV-479 dövlət nömrə nişanlı “Hyundai Accent” markalı maşın, 90-GA-485 dövlət nömrə nişanlı “VAZ-2115” markalı avtomobillə toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb yolayrıcının keçilməsi qaydasının pozulması olub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.